Kiçik müəssisələr, Azərbaycan kimi inkişaf etməkdə
olan iqtisadiyyatların bel sümüyünü meydana gətirməkdədir. Əmək qüvvəsi sıx
olan müəssisələrdən, texnologiya sıx olan müəsisələrə qədər bir çox sektorda
kiçik müəssisələrin varlığını görmək mümkündür. Böyük müəssisələrə (müasir müəssisə)
baxıldığı zaman, çox yaxşı təyin olunmuş xüsusiyyətləri vardır, ancaq eyni
asanlığı kiçik müəssisələr üçün demək çətindir. Müasir müəssisələr, "çoxlu
vahid sistemi (multi unit) olaraq sahib olunan və fəaliyyət göstərən, çoxlu səviyyədə
(multi level) idarəetməyə bağlı olaraq idarə edilən iqtisadi təşkilatlardır.
Böyük müəssisələr
19 cu əsrdə və 20 ci əsrə girərkən müvəffəqiyyətin və möhtərəmliyin simvolu
olmuşdur. Ölkələrin müvəffəqiyyəti və gələcəyi iqtisadi sistemdə böyük müəssisələrin
varlığı ilə qiymətləndirilmişdir. Schumacherin 1973-cü ildə nümayiş olunan
"Kiçik Gözəldir" (Small his Beautiful) kitabı ilə işıqlanan və bundan
sonrakı müddətdə dəyişən şərtlərə tez cavab verə biləcək və adaptasiya olacaq
elastik strukturları ilə nəhəng müəssisələr yerinə kiçik müəssisələr düşüncəsi
böyük əhəmiyyət qazanmağa başlamışdır. Sürətlə dəyişən iş mühiti, qlobal rəqabət
və bu dəyişiyliyə çatabilməyən böyük müəssisələr
addım sayısını azaltma və kiçilərək daha elastik strukturlar halına çevrilmə tələbini
artırmışdır. Bu müddətdə bir çox orta səviyyə idarəçi və ağ yaxalı işçilər
işsiz qalma həqiqəti ilə qarşı-qarşıya gəlmişdir.
Artan rəqabət,
texnologiyanın inkişafındaki sürətli dəyişmələr müəssisələrin köhnə
texnologiyalarını dəyişdirərək yeni şərtlərə cavab verə biləcək texnologiya
yoluna getmək vəziyyətində qalmışdır. Moda və texnologiyadaki dəyişiklik məhsulun
həyat dövrünü az qala çox sektorda sürətlə qısaltmışdır.

Hiç yorum yok:
Yorum Gönder