20 Haziran 2015 Cumartesi

BREND NƏDİR?


Əslində bu sualın cavabını hamımız bilirik. Brend dediyimizdə hamımızın ağılında fərqli fərqli məhsullar canlanır. Həyatımızın hər nöqtəsi brendlərlə örtülmüş vəziyyətindədir. Məsələn, hər səhər  "Apple" brendli telefonunuzun zeng səsi sizi oyandırması, , dişləriniz fırçalamaqa getdiyinizdə "Colgate" brendli diş fırçanız, geyinmək üçün  "Zara" brendli  geyiminiz, işə getmək üçün "BMW" brendli avtomobiliniz, ya da "Mercedes" brendli dövlət avtobusu hər səhər  qarşılaşdığımız brendlərə bir nümunədir. Bütün bunları düşündüyümüzdə, hər günümüzün brendler ilə iç içə olduğunu və həyatımızın bir parçası olduğunu görürük.

Brend anlayışına akademik tərəfdən diqqət yetirdiyimizdə;

Amerika Marketinq Cəmiyyəti Brendi, "bir satıcı ya da satıcılar qrupunun məhsullarını ya da xidmətlərini təyin etməyə və rəqiblərindən ayırmağa yarayan ad, simvol, termin, işarə və ya bunların kombinasiyası" olaraq təyin etməkdədir .


Kotler`ə görə " müştərilərin və istehlakçıların mal və ya xidmətlərə dair hisslərinin bir parçası olan brend bir sənətdir və marketinqin əsasını meydana gətirir" .

Güclü brendlər yüksək brend dəyərinə malikdir. Brend dəyərini ölçmək çox çətindir. Lakin, araşdırmalara görə "Coca-Cola"nın brend dəyəri 70 mlr dollar, "Microsoft"un 65 mlr dollar, "İBM"in 52 mlr dollardır.


Yaxşı, Necə Brendləşmək Olar?  soruşacaq olsanız: Brend olmaq üçün birinci vəzifəniz, uyğun bir brend adı tapdıqdan sonra, istehlakçı gözündə necə bir mövqeləndirmə arzulandığını təyin etməkdir. Bu hissə bir mənada brendin əsas vəzifəsini ortaya qoymaqdadır. Brendinizin logosu rəngi, şəxsiyyəti, dükanın iç dizaynı, reklamı, işçiləri və bu saydıqlarımızın hamısı keyfiyyətli olduğunda sonraki prosesdə brendiniz dəyər qazanmağa başlayacaq.



Yaxşı Brendlər Dostmu, Düşmənmi?

Bəzən brendləri həddindən artıq güclü olmaq və xalqı anlamamaqla tənqid edirlər. Bu fikir Naomi Kleinin "No Logo" adlı kitabında ələ alınmışdır. Klein brendləşmənin anti-ictimai bir hərəkət olduğunu iddia edir. Yazıçı eyni vaxtda, reklamın variantları azaltdığını, brendlərin Amerika gücünü simvollaşdırdığını və nəticədə ekoloji ziyana, insan hüquqlarının zərərli istifadəsinə gətirib çıxardığını açıq bir şəkildə ifadə edir. Bəzi məqalələrdə isə ağır iş şərtləri və ətraf mühitə verilən ziyan kimi mənfi təsirləri yerinə, brendlərin xalqın da istiqamətləndirilməsiylə daha yaxşı bir dünya üçün çalışdığı iddia edilir. Əlbəttə ki, bütün bunlar insanların öz şəxsi qərarlarıdır.

Nəticəyə baxdığımızda, brendlər ilə artıq o qədər iç içə olduğumuzdan ötəri brendlər həyatımızın bir parçası halına gəldi.  İstifadə etdiyimiz brendlərimizin dostmu yoxsa düşmənmi olduğuna özümüz qərar verək .

Vaxt ayırıb oxuduğunuz üçün təşəkkür edirəm.



Hiç yorum yok:

Yorum Gönder