E-ticarət yəni "elektronik ticarət" məhsul və ya xidmət satmaq üçün internet və dijital medya vasitələrini istifadə
etmək mənasını daşıyır. Bu dijital texnologiyalar nə olursa olsun işinizin
ölçüsü və növü ilə əlaqədar ənənəvi marketinq yanaşmaları üçün qiymətli bir
qatqıdır. E-marketinq ədəbiyyatda İnternet marketinq, online marketinq vəya web-marketinq
olaraq adlandırılır.
Ənənəvi marketinq
kimi, e-ticarət firmalara tərəf, hədəfdə olan müştəriyə düzgün mesajları vermək,
məhsul və ya xidmət təqdim etmək kimi bir strategiya tətbiq edir. Bu
strategiya; müştəriləri tapmaq, çəkmək və qazanmaq kimi fəaliyyətlərdən və müddətlərdən
meydana gəlir. E-ticarətin ənənəvi marketinq üsullarına görə daha geniş əhatəsi
və variantları var.
E-ticarət
internet vasitəsilə marketinq və həvəsləndirmə kampanyaları mənasını verir,
amma eyni zamanda e-poçt və sosyal media vasitəsilə edilən marketinq mənasını
da ifadə edir. Ancaq e-ticarətin məzmunu və əhatəsi digərlərindən genişdir. E-ticarət,
dijital müştəri və elektronik müştəri əlaqələri rəhbərliyi (eCRM) və müxtəlif
digər iş rəhbərlik funksiyalarının rəhbərliyini əhatə edir.
E-ticareti sadə bir izahatla izah etsəm, internetin
inkişafı ilə ortaya çıxan yeni ünsiyyət vasitələrinin bir parçasıdır. E-ticarətin
rahat bir tərifi; dəyər dəyişməsi üçün internetin istifadə edilməsidir, daha
spesifik olaraq firmalar arasında və firmalar və istehlakçılar arasındakı
sifarişlər və ödəmələrdir. Əslində, e-ticarət, məhsul, məlumat və xidmətlərin
etibarlı ticarətidir və təməl olaraq bu əməliyyatlar internet texnologiyalarının
istifadə edilməsiylə reallaşdırılar.

Hiç yorum yok:
Yorum Gönder