21 Haziran 2015 Pazar

SATIŞ NƏDİR?

   
                         
                 "Satış, alıcıları başa düşmək (yəni müştəriləri ovlamaq) sənətidir."

Satış nədir? Deyə soruşduğumuzda satıcıya görə fərqli, müştəriyə görə isə tamamilə fərqli bir cavab ortaya çıxır.

Satıcıya görə satış: "Gəlir əldə etməyə istiqamətlənmiş əmək qüvvəsidir."

Müştəriyə görə satış: "İstək və Ehtiyaclarının təmin edilməsidir." Ehtiyac dediyimizdə burada büdcəsi, zamanı, zövqləri  vs. faktorlar müştərinin məhsulu almaq istəyinə təsir göstərir.

Yaxşı satışı kimə edəcəyik? Satış necə ortaya çıxır?

Hər hansı bir məhsulu satmamışdan əvvəl müştəriləri tanımaq lazımdır. Yəni, tanımaq dediyimizdə burada 4 faktoru bilmək lazımdır:

1)Müştərinin məhsula ehtiyacı
2)Müştərinin məhsulu almaq gücü
3Müştərinin məhsulu almaq arzusu və istəyi
4)Müştərinin məhsul ya da xidmət almaq istədiyi firmaya ya da satış işçisinə inanmağı

Satışı reallaşdırmaq üçün müştəri tapmaq lazımdır. Yaxşı, müştərini tapdıqdan sonra müştəriyə məhsulu necə satacağımız çox əhəmiyyətlidir. Bunun üçün satış bacarıqlarımızı inkişaf etdirməliyiz.

Satış Bacarıqlarımızı İnkişaf Ettirmək Üçün:

Birinci Yol: Müştərilərinizə yaxınlıq göstərmək
Müştərilərinizlə nə qədər çox yaxın əlaqədə olsanız onlara o qədər çox məhsul sata bilərsiniz. Yaxın əlaqə dediyimizdə burada müştərilərinizlə qarşılıqlı dialog qurmaq, gülərüz göstərmək, səmimi olmaq vs. nəzərdə tutulur.

İkinci Yol: Məhsulu satacağınız adamın nə istədiyini bilmək
Müştərinin nə istədiyini tapmaq əslində çox çətindir. Ancaq, bu işi danışaraq həll edə bilərsiniz. Burada sizin nə istədiyiniz əhəmiyyətli deyil, müştərinizin nə istədiyi çox əhəmiyyətlidir. Dayl Karneginin bir sözü vardır: "İnsanların maraqlandıqları şey haqqında onlarla danışın." Bu danışma satışı reallaşdırmaq üçün hədəfi vuran bir oxdur.

Üçüncü Yol: Problemlərin öhdəsindən gəlmək
Təbii ki satış reallaşdırılarkən mənfi düşüncələr, etirazlar olacaq. Bu sizi qorxutmasın. Bunu özünüzü inkişaf etdirməyiniz üçün bir fürsət olduğunu qavrayın. İkinci yolda dediyim kimi "nə istədiyini tapmaq" . Demək ki, müştəriniz sizdən bunu istəmir və sizə qarşı bir etirazı var. Xahiş edirəm bu etirazları satışı inkişaf etdirən etirazlar olaraq qəbul edin . Bu etirazları dostluqa çevirə bilərsiniz. Bu sizin əlinizdədir .

Dördüncü Yol: Satışı Sonlandırmaq
Artıq bu üç yoldan sonra sizə vəfalı və dost olan müştəriləriniz var. Rahat rahat satışı reallaşdıra bilərsiniz. Ancaq bu sizə rahatlıq gətirməsin, " Əhəmiyyətli olan müştəriyə satmaq deyil, satdığınız müştərini əldə tutmaqdır".


Hiç yorum yok:

Yorum Gönder