Marketinq, İngilis dilində "marketing"
sözünün qarşılığı olaraq mənimsənmişdir. Marketing sözü isə Latın mənşəli olub;
ticarət etmək, ticarətlə məşğul olmaq mənasını verməkdədir. Marketinqin lüğət tərifi
isə "iki və ya daha çox tərəf arasında reallaşan bir dəyişmə və mübadilə
müddətidir" formasında ifadə edilməkdədir.
Marketinq ilə əlaqədar ədəbiyyatda çox sayda fərqli
tərif qarşımıza çıxmaqdadır, İqtisadçılara görə marketinq; yer, zaman və
mülkiyyət faydalarının yaradılması fəaliyyətidir. Buna görə marketinq, mal və
xidmətlərin istehsal və istehlakı arasındakı zaman və yer fərqini aradan
qaldırar və aralarındakı tarazlığı təmin edər.
Biznesmenlərin marketinq dünyagörüşləri arasında da
fərqliliklər gözə dəyməkdədir. Ədəbiyyatda marketinq üzərinə yazılmış və fərqli
zamanlarda mənimsənmiş marketinq təriflərindən bəziləri bunlardır;
"Marketinq; fərdlərin və qrupların istək və
ehtiyaclarını qarşılamaq məqsədiylə bir dəyər ehtiva edən malların yaradılması,
təqdim edilməsi və digərləriylə mübadilə edilməsini ehtiva edən ictimai və idarəedici
bir müddətdir".
Amerika Marketinq Cəmiyyətinin 2007-ci ildə
hazırladığı son tərifə görə:" Marketinq; müştərilər, alıcılar,
iştirakçılar və cəmiyyətin bütövlüyü üçün bir dəyər ifadə edən dəyərlərin
inkişaf etdirilməsi, dəyişməsi və ünsiyyəti üçün bir fəaliyyət, bir silsilə və
müddətdir".
Yuxarıda verilən təriflərə və bunların xaricindəki
bir çox tərifə diqqət yetridiyimizdə marketinq anlayışının fərqli ölçülərdə ələ
alınıb təyin olunduğu görülməkdədir. Bunun səbəbi yazıçıların öz dünyagörüşləriylə
marketinqi təyin etmələri, edilən təriflərin fərqli zamanlara və marketinq
anlayış dövrlərinə rast gəlməsi və marketinqdə baş verən inkişafların əvvəlki tərifləri
qeyri-kafi və əskik buraxmasından ötəri yeni təriflərə ehtiyac olunmasıdır.
Marketinq, davamlı olaraq satış anlayışı ilə
qarışdırılmaqdadır. Ancaq marketinq, müştərilərə məhsul və xidmətlərin təmin
edilməsiylə maraqlanmaqla birlikdə satışdan çox daha əhatəli bir anlayışdır və
çox geniş bir sahəni əhatə etməkdədir. Marketinq satışnan eyni ola bilməz;
çünki marketinq işi, istehsalın əvvəlindən başlayır. Satma müddəti isə ancaq məhsul
yaradıldıqdan sonra fəaliyyət göstərir. Marketinq, məhsul yaşadığı müddətcə
davam eyləyir. Marketinq, məhsul və ya xidmət planlaşdırıldığında başlayır və o
məhsulun və ya xidmətin ömrü bitənə qədər davam edən hərəkətlər bütövlüyüdür.
Satmaq bu bütövlüyün yalnız bir hissəsidir.
Belə bir sual ortaya çıxır. Marketinqmi daha təsirlidir
yoxsa satışmı? Deyə soruşacaq olsanız, təbii ki marketinqə qoyulan sərmayə,
satışdan on qat daha təsirlidir. Çünki,
marketinqin təsirini ölçmək, satışın təsirini ölçməkdən daha çətindir. Məsələn,
gündəlik müştəri ziyarətindən neçə dənə satıldığı ölçülə bilər. Ancaq,
marketinq fəaliyyətlərində reklamın satışı necə təsir etdiyini ölçmək və
anlamaq daha çətindir. Ona görə quruluşların çoxu, marketinq stratejisi qurmaq
yerinə, satışa tərəf yönəlirlər. Çünkü satış strategiyası daha az maliyətlidir.
Bu gün şirkətlərə baxdığımızda marketin-satış
departamentləri var. Əslinə baxdığımızda Marketoloq satmaz, malı satan
satıcılardır. Marketoloqlar çıxarılan malın satılması üçün lazımlı mühiti
yaradanlardır.
Əslində satmaq, marketinqin yalnız bir hissəsidir,
ancaq marketinq satmaqdan daha çoxunu tələb edir.
Yaxşı Marketinqin Satışdan Nə Fərqi Var?
Bunu başa düşmənin ən gözəl yolu bir nümunə vasitəsi
ilə izah etməkdir.
Xəyali bir şirkət qurub telefon istehsalı edəcəyimizi
düşünək. Marketinq funksiyaları, istehsaldan əvvəl gələcəkdir. Necə bir telefon
istehsal ediləcəyini Bazar araşdırması nəticəsində
qərar vermək ən uyğun variant olacaq. İstehsaldan dərhal sonra, satışdan əvvəl,
marketinq təkrar dövrəyə girəcək. Əvvəlcə, bu məhsulu kimlərə satmaq istədiyimiz
(hədəf Bazar) bu istiqamətdə məhsulun qabının hazırlanması, qiymətləndirilməsi,
reklam kampaniyasının yaradılması, satış məcralarının qərarlaşdırılması
marketinq bünyəsində edilir. Ən son nöqtədə satışın edilməsi isə satış nümayəndələrinin
işidir.
Nəticəyə baxdığımızda bu məqaləmdəki əsas məqsədim,
sizləri marketinq ilə tanış etmək , bildiklərinizi sizlərə xatırlatmaq və
marketinq ilə əlaqədar sizlərə az da olsa məlumat verməkdir.
Dəyərli vaxtınızı
ayırıb oxuduğunuz üçün Təşəkkür Edirəm.

Hiç yorum yok:
Yorum Gönder